Abxaziyada ev yanıb, 5 uşaq ölüb

05.01.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Abxaziyada ev yanıb, 5 uşaq ölüb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə Qalsk rayonunun Papınırxua kəndində baş verib.

Uşaqlarla evdə tək olan nənə sobanı yandırmaq istəyərkən dizel və benzin olan qabları qarışıq salıb. Sobaya benzin tökülməsi yanğına yol açıb. Ağacdan olan evi ani məqamda alov bürüyüb və həmin vaxt yatmış vəziyyətdə olan uşaqları xilas etmək mümkün olmayıb.

Uşaqların ən kiçiyinin 1,5 yaşı, ən böyüyünün 8 yaşı var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью