Abxaziyada növbədənkənar prezident seçkiləri fevralın 15də keçiriləcək | Icma.az
Icma.az, Oxumeni.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Abxaziyada növbədənkənar prezident seçkiləri fevralın 15-də keçiriləcək Qondarma Abxaziya parlamentinin deputatları 2025-ci il fevralın 15-nə respublika prezidentinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında qərar qəbul ediblər, "Kommersant" yazır.
Seperatçı Abxaziya qanunlarına görə, prezident istefa verdiyi gündən üç ay ərzində seçkilər keçirilməlidir.
Aslan Bjaniya vəzifəsini noyabrın 19-da tərk edib, səsvermə üçün son tarix fevralın 19-da olub.
“İki həftə ərzində biz prezidentin istefasından sonra seçkilərin tarixini təyin etməli olduq.
Biz bütün tərəfləri, bütün müsbət və mənfi cəhətləri dinlədik və onları fevralın 15-nə, şənbə gününə təyin etmək qərarına gəldik”, - deputat Daut Xutaba parlamentin iclasında bildirib.
Aslan Bjaniyanın istefası hökumətin Rusiya ilə investisiya sazişini ratifikasiya etmək planlarına olan etirazların nəticəsi idi.
Oxuməni.az Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu