Abxaziyada prezident seçkiləri keçiriləcək Tarix

20.11.2024

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Abxaziyada növbədənkənar prezident seçkiləri fevralın 15-də keçirilə bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə Abxaziya Mərkəzi Seçki Komissiyasındakı mənbə “RİA Novosti”yə bildirib.

Ötən gün ölkə parlamenti Prezident Aslan Bjaniyanın istefasını qəbul edib. Milli Aambleyanın spikeri Laşa Aşubanın sözlərinə görə, növbədənkənar seçkilər keçirilənədək Abxaziyanın vitse-prezidenti Badra Qunba dövlət başçısı vəzifəsini icra edəcək.

Adı açıqlanmayan mənbənin məlumatına görə, ilkin olaraq tarixin 15 fevral olması düşünülür, lakin dəyişə də bilər. Tarixlə bağlı qərarı parlamentin verəcəyi qeyd edilib. 

Qeyd edək ki, bir neçə gündür qondarma “Abxaziya Respublikasında” aksiyalar keçirilir. Etirazlar nəticəsində separatçı “prezident” Aslan Bjaniya paytaxtı tərk edib.

Ayşən Mustafa
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью