Abxaziyada Qarabağ ssenarisi təkrarlanacaq Babacanyan

24.11.2024

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Abxaziyada hakimiyyətə Rusiya ilə əlaqələri rədd edən qüvvələr gəlsə, o zaman Abxaziyanın Gürcüstanın tərkibinə qayıtması prosesi sürətlənəcək”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Avetis Babacanyan çıxış edib.

O, Abxaziyanı Qarabağdakı qondarma rejimin taleyinin gözləyə biləcəyini söyləyib:

“Millətçi və vətənpərvər çağırışlar arxasında həmişə hakimiyyət uğrunda mübarizə gizlənir. Yalnız hakimiyyətə gələndən sonra dünənki fanatik millətçilərin antimilli və satqın kimliyi üzə çıxır. Köhnə hakimiyyətin Abxaziyanı Rusiyaya verməyini demək asandır. Yalnız hakimiyyətə gələndən sonra aydın olacaq ki, kim daha çox suverenliyi qorumağa hazırdır. Ermənistanın hazırkı hakimiyyətinin nümunəsi buna aydın təsdiqdir”.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью