Abxaziyada qarşıdurma: yeni hökumət yaradılır | Icma.az
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq. Əgər Abxaziya prezidenti Aslan Bjaniyanın istefası ilə bağlı tələblərə əməl edilməsə, müxa
Globalinfo.az xəbər verir ki, bu məlumatı TASS agentliyi “Aruaa” təşkilatının lideri Timur Quliyaya istinadən yayıb.
“Əgər prezident axşama qədər istefaya getməsə, biz koordinasiya şurasının tərkibindən ibarət müvəqqəti hökumət yaradacağıq.
Bütün dövlət məmurlarını işə dəvət edəcəyik, iş şəraiti ilə təmin edəcəyik və dövlət idarəçiliyi prosesini nəzarətə alacağıq” – deyə o bildirib.
O, əsas tələblərinin prezident daxil, bütün güc bloku və nazirlərin istefaya getmək olduğunu söyləyib.
Qeyd edək ki, Aslan Bjaniya isə yaşananlar fonunda xalqa müraciət edərək, “Abxazlar öz “dövlətçiliklərini” itirə bilərlər” deyib.
O, istefaya gedib, yenidən “prezidentliyə namizəd” olmağa hazır olduğunu bildirib.
Əliyar Xəlil Globalinfo.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu