Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Son günlərdə Abxaziya siyasi səhnəsində baş verən hadisələr regionun gələcəyinə ciddi təsir edəcək mahiyyət daşıyır.
De-fakto prezident Aslan Bjaniyanın Rusiya ilə imzaladığı investisiya razılaşması ölkədə geniş etirazlara səbəb olub.
Qaynarinfo-nun verdiyi xəbərə görə, ötən gün parlament binasını zəbt edən nümayişçilər Bjaniyanın dərhal istefasını və növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.
Hazırda vəziyyət getdikcə mürəkkəbləşir, həm daxili siyasi gərginlik, həm də xarici təsirlərin artması müşahidə olunur.
Hadisələrin başlanğıcı Oktyabr ayında Abxaziya və Rusiya arasında imzalanan razılaşma Rusiya şirkətlərinin Abxaziya ərazisində sərbəst şəkildə investisiya layihələri həyata keçirməsinə şərait yaradır.
Sənədin ratifikasiyası üçün parlamentdə müzakirələr planlaşdırılmışdı.
Müxalifət və vətəndaş cəmiyyəti bu razılaşmanı Abxaziyanın suverenliyinə təhlükə kimi qiymətləndirərək parlament binasının qarşısında etiraz aksiyaları təşkil etdilər.