AÇ 2026: Qitə çempionatı başlayır Millimiz gözləyir

27.05.2026

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Bu gün minifutbol üzrə Avropa çempionatı start götürür.

Fanat.Az xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada baş tutacaq və 24 komandanın mübarizə aparacağı yarışın ilk günündə 9 oyun keçiriləcək. 

C qrupunda yer alan Türkiyə Serbiya ilə münasibətlərə aydınlıq gətirəcək.

Xatırladaq ki, Azərbaycan millisi qitə birinciliyində ilk oyununu mayın 28-də Avstriyaya qarşı keçirəcək. "Tipos Arena"dakı matç Bakı vaxtı ilə saat 16:30-da start götürəcək. Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupunda həmçinin, İtaliya və Fransa ilə də münasibətlərə aydınlıq gətirəcək. Sabah həmçinin Ukrayna - Belçika və Fransa - İtaliya görüşləri də baş tutacaq və bununla ilk tura yekun vurulacaq. 

AÇ-2026
27 may

12:30. Macarıstan – Polşa
13:45. Gürcüstan – İngiltərə 
15:00. Çexiya - Portuqaliya
16:15. Qazaxıstan - Sloveniya 
17:45. Rumıniya - İspaniya
19:30. Bolqarıstan - İsrail
20:45. Serbiya – Türkiyə 
22:40. Slovakiya – Yunanıstan
23:55. Monteneqro – Bosniya və Herseqovina
 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью