AÇ: Ağanəzər də medal qazandı

09.04.2025

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın sərbəst güləşçisi Ağanəzər Novruzov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Fanat.Az xəbər verir ki, 74 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə Ramazan Ramazanova (Bolqarıstan) qalib gəlib.

Qeyd edək ki, ötən gün təmsilçilərimizdən İslam Bazarqanov (57 kq) Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью