AÇ: Azərbaycan millisi İsveçrə ilə üz üzə

17.07.2026

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın 20 yaşadək oğlanlardan ibarət basketbol millisi Slovakiyanın Bratislava şəhərində keçirilən Avropa çempionatının (FİBA U20) B divizionunda növbəti oyununa çıxır.

Fanat.Az xəbər verir ki, yığmamız 9-16-cı yerlər uğrunda matçda İsveçrə seçməsi ilə üz-üzə gələcək.

Tərəflər arasında ilk sınaq Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Qeyd edək ki, bu cütün qalibi 9-12-ci yerlər uğrunda matçda Bosniya və Herseqovina - Danimarka görüşünün qalibi ilə, uduzan isə 13-16-cı yerlər uğrunda matçda bu cütün məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi turnirin qrup mərhələsindəki ilk oyunda İsveçə 58:85 hesabı ilə uduzub. Komandamız ikinci turda Slovakiyanı 72:66 hesabı ilə məğlub etsə də, üçüncü görüşdə İrlandiyaya 47:54 hesabı ilə uduzub. Son olaraq isə Şimali Makedoniyaya 57:67 hesabı ilə məğlub olaraq qrupu 4-cü yerdə başa vurub və beləliklə, 9-16-cı yerlər uğrunda təsnifat mərhələsinə düşüb.

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью