AÇ: Azərbaycan Portuqaliya ilə üz üzə

21.08.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun oyunlarına start veriləcək.

Futbolpress.az xəbər verir ki, Azərbaycan yığması açılış matçında Portuqaliya ilə qarşılaşacaq. Görüşə saat 19:00-da start veriləcək.

Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv C qrupunda Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə mübarizə aparacaq. Reqlamentə əsasən, qruplarda ilk 4 yeri tutan komandalar pley-offa yüksələcək.

Bakıdakı oyunlar avqustun 28-nə qədər Milli Gimnastika Arenasında təşkil olunacaq. Sentyabrın 6-na qədər davam edəcək AÇ-2026 Azərbaycan, Türkiyə, İsveç və Çexiyanın ev sahibliyi ilə keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью