Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, qitə yarışının üçüncü günündə dörd cüdoçumuz tatamiyə çıxacaq.
90 kq çəki dərəcəsində mübarizə aparan Aslan Kotsoyev 1/16 finalda bolqarıstanlı Anton Dimitrov, Süleyman Şükürov isə fransalı David Yurkovski ilə qarşılaşacaq.
100 kq-da Davud Namazlı 1/16 finalda litvalı Mayus Genislə üz-üzə gələcək. +100 kq-da mübarizə aparan Ramazan Əhmədov isə 1/8 finalda Martin Sedlak (Çexiya) - Luka İvankoviç (Xorvatiya) cütünün qalibi ilə qarşılaşacaq.
Təsnifat mərhələsi saat 12:30-da, final bloku isə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, gənclər arasında Avropa çempionatı sentyabrın 6-da başa çatacaq.
Xatırladaq ki, Avropa çempionatında Azərbaycan cüdoçularından 60 kq çəki dərəcəsində Ayxan Mirzəzadə, 66 kq-da isə Məhəmməd Musayev qızıl medal qazanıb.