AÇ: Azərbaycanın sərbəst güləş millisindən 3 bürünc

08.04.2025

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Slovakiyada keçirilən güləş üzrə Avropa çempionatında ilk medalçılar müəyyənləşib.

Fanat.Az xəbər verir ki, İslam Bazarqanov (57 kq) bolqarıstanlı İvaylo Tisova tam üstünlüklə (12:2) qalib gələrək ardıcıl 2-ci dəfə Avropa çempionatında bürünc medal qazanıb.

Əli Rəhimzadə (65 kq) ukraynalı Andrey Sviridlə görüşün əvvəlindən təşəbbüsə yiyələnib və sonadək üstünlüyünü qoruyub – 4:0. Bununla da Rəhimzadə 4-cü dəfə Avropa çempionatının bürünc medalına sahib çıxıb.

Kənan Heybətov (70 kq) üçüncü yer uğrunda macarıstanlı dünya və Avropa çempionu İsmayıl Musukayevla qarşılaşıb. Təcrübəli və titullu rəqibini 5:2 hesabıyla məğlub edən Kənan ilk dəfə böyüklər arasında qitə birinciliyində fəxri kürsüyə qalxıb.

Beləliklə, sərbəst güləş millimiz ikinci yarış gününü 3 bürünc medalla başa vurub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью