AÇ: Hidayət Heydərov tatami üzərinə çıxacaq

17.04.2026

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, yarışın ikinci günündə bir cüdoçumuz mübarizəyə qoşulacaq.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Olimpiya çempionu Hidayət Heydərov tatami üzərinə çıxacaq.

O, 1/16 final mərhələsində yunanıstanlı Konstantinos Tsaparasla qarşılaşacaq.

Qeyd edək ki, turnirin ilk günündə iki cüdoçumuz — Əhməd Yusifov və Turan Bayramov bürünc medal qazanıb.

15 cüdoçumuz Avropa çempionatında çıxış edəcək Gənc cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçirilib "Gələcəyin ümidləri" təlim proqramına seçilən cüdoçularla görüş təşkil edilib Avropa çempionatına qatılacaq Azərbaycan cüdoçuları ilə görüş keçirilib Cüdo üzrə Liqa yarışının II turu keçiriləcək
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью