AÇ: Sərbəst güləşçilərimiz mübarizəyə qoşulur YENİLƏNİR

24.04.2026

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, bu gün sərbəst güləşçilər mübarizəyə qoşulacaq.

Azərbaycanın beş idmançısı - İslam Bazarqanov (57 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Cəbrayıl Hacıyev (79 kq) və Osman Nurmaqomedov (97 kq) xalça üzərinə çıxaraq qüvvələrini sınayacaqlar.

Eyni zamanda, gün ərzində Azərbaycanın daha üç qadın güləşçisi də bürünc medal uğrunda qarşılaşmalara çıxacaq. Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova Avropa çempionatında üçüncü yer uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Azərbaycanın yunan-Roma güləşi millisi komanda hesabında birinci olub. Qadınlardan isə Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

Günay Qurbanova üçün bürünc şansı - YENİLƏNİR Rəşad Məmmədov: “Biz onunla yenidən qarşılaşacağıq” İslam Abbasov: “Çatışmazlıqları qarşıdakı yarışlarda aradan götürməyə çalışacağıq” Türkiyəli güləşçidən rekord - 13-cü dəfə Avropa çempionu AÇ: Həsrət Cəfərov və Qurban Qurbanov finalda – YENİLƏNİB
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью