Ac sürücü özünə və başqalarına risk yaradır

10.07.2026

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropada aparılan son tədqiqatlar yaxşı qidalanmayan sürücülərin risk yaratdığını ortaya qoyub.

Avtosfer.az xəbər verir ki, qısamüddətli aclıq insana çox da təsir etmir. Lakin saatlarla ac olan adamda diskomfort yaranır. Bu şəxslər avtomobil idarə edərkən daha təhlükəli olurlar. Adi halda sakit görünən bu insanlar ac ikən sükan arxasında istənilən aqressivliyi nümayiş etdirə bilərlər (başı yeməyə qarışan sürücü də ayrı bir təhlükə mənbəyidir). 

Qidalanma rejiminə düzgün əməl etmək diabet xəstələri üçün xüsusilə vacibdir. Ac ikən qanda şəkərin miqdarı kəskin düşə bilər ki, bu da bəzən arzuolunmaz hallarla nəticələnir. Hərəkətdə olan avtomobildə sürücünün komaya düşməsinin hansı nəticələr doğuracağını bilmək üçünsə ayrıca tədqiqata ehtiyac yoxdur. 

Bir çox Avropa ölkəsində diabet xəstələrinə sürücülük vəsiqəsi verilmir.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью