Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.
AccessBank kart əməliyyatları ilə bağlı yaranmış müvəqqəti texniki çətinliyin aradan qaldırıldığını açıqlayıb.
Bankın yaydığı məlumata görə, AccessBank kartları üzrə əməliyyatlar artıq yenidən əlçatandır və müştərilər kartlardan əvvəlki qaydada istifadə edə bilərlər.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
“Müvəqqəti çətinlik aradan qaldırıldı. Kart əməliyyatlarımız artıq əlçatandır. İndi AccessBank kartlarından rahatlıqla faydalana bilərsiniz”, - deyə bankın açıqlamasında bildirilir.
Qeyd edək ki, AccessBank bundan əvvəl texniki çətinliklərlə əlaqədar kart əməliyyatlarının müvəqqəti əlçatan olmayacağı barədə müştərilərinə məlumat vermişdi.
Azərikard da açıqlama yaydı
Kart hesablarında baş vermiş hallarla bağlı Azərikard Prosessinq Mərkəzi də açıqlama yayıb.
Azərikard bildirib ki, 24 iyun 2026-cı il tarixində qurumun xidmət göstərdiyi bankların bəzi müştərilərinin kart hesablarında yaranmış vəziyyət banklararası hesablaşma fayllarının emalı zamanı baş vermiş təkrarlanmalarla əlaqədardır.
Açıqlamada qeyd olunur ki, bu hal Azərikard-dan asılı olmayan texniki səbəbdən yaranıb.
“Təkrarlanmış əməliyyatlar ləğv edilərək hesablar tədricən bərpa olunmaqdadır. Məsələ yaxın zamanlarda tam həllini tapacaq”, - deyə Azərikard bildirib.