AccessBank ın kredit portfeli 87 milyon manatdan çox artıb

23.10.2026

Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

AccessBank-ın kredit portfeli 30 sentyabr 2026-cı il tarixinə 1 milyard 421 milyon 626 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın kredit portfeli 2025-ci ilin sonu ilə müqayisədə 87 milyon 427 min manat və ya 6,6% artıb.

Hesabat dövründə bankın istehlak kreditləri portfeli 315 milyon 208 min manat, biznes kreditləri portfeli 1 milyard 74 milyon 36 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 32 milyon 382 min manat təşkil edib. 

Bunlar 2025-ci ilin sonu ilə müqayisədə müvafiq olaraq 26 milyon 39 min manat və ya 9%, 51 milyon 166 min manat və ya 5%, 10 milyon 222 min manat və ya 46,1% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью