AccessBank ın səhmdarları Bank Respublika da 25 faiz pay sahibi olacaqlar

11.09.2026

Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AccessBank-ın mövcud səhmdarları Bank Respublika-nın nizamnamə kapitalında ümumilikdə 25 faiz pay əldə edəcəklər.

Marja.az xəbər verir ki, bu, Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərində öz əksini tapıb.

Razılaşmaya əsasən, AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən yeni buraxılacaq imtiyazlı səhmləri əldə edərək bankın səhmdarlarına çevriləcəklər. Bu səhmlər Bank Respublika-nın nizamnamə kapitalının ümumilikdə 25 faizini təşkil edəcək.

Beləliklə, Bank Respublika AccessBank-ın yeganə səhmdarına çevrilərkən, AccessBank-ın hazırkı beynəlxalq səhmdarları Bank Respublika-da pay sahibi olacaqlar.

Bank Respublika-nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib ki, aparıcı beynəlxalq maliyyə institutlarının bankın səhmdarlarına çevrilməsi uzunmüddətli əməkdaşlığın yeni tərəfdaşlıq səviyyəsinə yüksəlməsi deməkdir.

AccessBank-ın səhmdarları sırasında Asiya İnkişaf Bankı və “responsAbility” kimi beynəlxalq maliyyə institutları yer alır.

İş elanları AzVak.az-da

Əqdin 2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır. Satınalma başa çatdıqdan sonra Bank Respublika və AccessBank ilkin mərhələdə ayrı-ayrı banklar kimi fəaliyyət göstərəcəklər. Bankların sonrakı birləşməsi tənzimləyici tələblərə uyğun həyata keçiriləcək.

Həmçinin oxu Bank Respublika AccessBank-ı alır - SON DƏQİQƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью