“Accessbank” niyə birləşməyə getdi? Riskli aktivləri...

11.09.2026

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkə.az “Bank Respublika” ASC-yə birləşəcəyi açıqlanan  “Accessbank”ın maliyyə durumunu araşdırıb.

Bankın dərc etdiyi 2026-cı ilin ilk yarımil hesabatlarına əsasən “Accessbank” ASC-nin 28 mln 97 min manat xalis mənfəəti olub. ASC riski aktivləri üçün 6,2 mln manatı ehtiyat olaraq ayırıb.

Bankın cəmi aktivləri illik müqayisədə 0,8% artaraq 1 mlrd 785 mln 11 manat, cəmi öhdəlikləri 0,9% azalaraq 1 mlrd 523 mln 740 min manat, kapitalı isə 0,12% azalaraq 261 mln 371 min manat olub.

Sözügedən dövrə “Accessbank”ın kredit portfeli 1 mlrd 381 mln 387 min manat, depozit portfeli isə 1 mlrd 84 mln 628 min manat təşkil edib.

ASC-nin risk dərəcəsi üzrə ölçülmuş yekun aktivləri isə illik müqayisədə 158 mln manat və ya 12% artaraq cari ilin ilk yarısında 1 mlrd 473 mln 979 min manat həddinə çatıb.

Qeyd edək ki, birləşməyə hazırlaşan yerli bank Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) adı ilə 2002-ci il oktyabrın 29-da fəaliyyətə başlayıb. 2008-ci il sentyabrın 8-dən adını dəyişdirərək fəaliyyətini “AccessBank” olaraq davam etdirib. 

Könül

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью