ACF imtahana çağırır

26.01.2026

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Bakıda yanvarın 31-dən fevralın 1-dək kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil ediləcək.

"Football-plus.az" xəbər verir ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdı. Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
İmtahan cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində baş tutacaq. Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.
Yeri gəlmişkən, Gəncə İdman Sarayında yeni cüdo zalı fəaliyyətə başlayıb. Tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, olimpiya mükafatçısı, ACF İcraiyyə Komitəsinin üzvü Mövlud Mirəliyev, dünya çempionu, ACF İcraiyyə Komitəsinin üzvü Elxan Məmmədov və başqa rəsmilər iştirak edib.
Müasir standartlara cavab verən tatamilərlə təchiz olunmuş zalın ümumi ölçüsü 483 kvadratmetrdi. Bundan başqa, məşqçi və paltardəyişmə otaqları da mövcuddu. Zalda 300-dən çox idmançı cüdo ilə məşğul ola biləcək.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası 2022-25 aralığında Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran və Zaqatalanın Mosul kəndində yeni cüdo zallarını istifadəyə verib. Həmçinin Bakı və regionlardakı 179 idman zalına ümumilikdə 13200 tatami paylanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью