ACF Kuboku keçiriləcək: 506 cüdoçu mübarizə aparacaq

20.10.2026

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Oktyabrın 25-26-da U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək.

Apasport.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda 83 klub və idman cəmiyyətini təmsil edən 506 cüdoçu qüvvəsini sınayacaq.

Onlardan 407-si oğlan, 99-u isə qız idmançıdır. Yarış ümumilikdə 16 çəki dərəcəsində keçiriləcək.

Qeyd edək ki, ne-vaza cüdoda yerüstü mübarizəni (parter) əhatə edən texnikalar toplusudur. Bu istiqamət üzrə hazırlıq idmançıların parterdə hücum və müdafiə bacarıqlarının inkişafına, eləcə də görüş zamanı müxtəlif taktiki vəziyyətlərə daha effektiv uyğunlaşmasına xidmət edir.

DÇ: Millimiz Yaponiyaya məğlub olub - YENİLƏNİB DÇ: Uşangi Kokauri finalda məğlub oldu - YENİLƏNİB Kənan Nəsibov bürünc medal qazanıb - YENİLƏNİB Azərbaycan cüdo nümayəndələri beynəlxalq səviyyədə təltif olundular Dünya çempionatı: Camal Qamzatxanov yarımfinalda məğlub oldu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью