Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq. Cüdoçularımızın "Böyük Dəbilqə"dəki çıxışını yaxşı qiymətləndiririk.
Bunu "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.
O, Azərbaycan idmançılarının Fransanın paytaxtı Parisdə keçirilmiş turnirdəki nəticələri ilə bağlı fikirlərini bölüşüb: "Yarışa qatılan 10 cüdoçudan 3-ü medal əldə etdi.
İkisi beşinci yeri tutdu. Medal görüşlərində məğlub oldular. Ümimilikdə yığmanın çıxışını yaxşı qiymətləndiririk.
Hər idmançının performansını ayrı-ayrı dəyərləndirdikdə imkanlarından zəif təsir bağışlayan oldu. Bəziləri üçün ilk böyük turnir idi.
Böyük təcrübə qazandılar. Millinin baş məşqçisi Riçard Trautman müsahibəsində də hazırda diqqəti yeni nəslin yetişməsinə, onların yoxlanılma
Bu baxımdan hesab edirəm ki, federasiya bu yarışda qarşıya qoyulan məqsədlərə çatdı.
Hansı istiqamətdə işlərin düz getdiyini və çatışmazlıqların harada olduğunu görürük. Bunun əsasında da gündəlik işləri tənzimləyəcəyik.