AÇG də indiyədək 400 dən artıq quyu qazılıb

03.06.2026

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda indiyədək 400-dən çox quyu qazılıb.

"APA-Economics" xəbər verir ki, bu barədə "Caspian Oil&Gaş" sərgisi çərçivəsində jurnalistlər üçün təşkil olunan təqdimat zamanı bildirilib.

Qeyd olunub ki, hazırda AÇG-də 200-dən artıq aktiv quyu fəaliyyət göstərir. İndiyədək AÇG-dən 4,6 mlrd. bareldən çox neft hasil edilib.

Təqdimat zamanı vurğulanıb ki, AÇG-də neftvermə əmsalının maksimuma çatdırılması və hasilatın uzunmüddətli davamlılığını təmin edilməsi üçün qabaqcıl texnologiyalar və innovativ həllər tətbiq olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью