AÇG də neft hasilatının düşməsi sürətini azaltmaq üçün bir sıra tədbirlər görülür

03.06.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqları yerləşən "Mərkəzi Azəri" platformasında yeni qaz kompressor qurğusunun quraşdırılması planlaşdırılır.

"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell bildirib.

Onun sözlərinə görə, bu lahiyə AÇG-də neft hasilatının azalmasının sürətinin azalması və stabilləşdirilməsi tədbirləri çərçivəsində həyata keçiriləcək.

Bildirilib ki, yeni qurğu paylara qazın vurma həcmini artırmağa imkan verəcək.

Qordon Birrell qeyd edib ki, AÇG-də hasilatın sürətini azaltmaq məqsədi ilə bir sıra tədbirlər görülür. Bu tədbirlər sırasında, təzyiqin artırılması üçün paylara daha çox su və qaz vurulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью