AÇGdən 600 milyonuncu ton neft hasil edilib

13.12.2024

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azəri-Çıraq-Günəşli" (AÇG) neft yataqları blokundan 600 milyonuncu ton neft hasil edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə layihənin operatoru olan BP tərəfdaşları – “SOCAR”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “TPAO”, “ITOCHU” və “ONGC Videsh” – adından qürurla bəyan edib.

Məlumata görə, ümumilikdə hasil edilmiş 600 milyon ton neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri və Qərb İxrac Boru Kəməri (QİBK) vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Səngəçal terminalından birbaşa dünya bazarlarına nəql edilmişdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью