Acı və alçaldıcı məğlubiyyət… | Icma.az
Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil… 44 günlük Vətən müharibəsi, 23 saatlıq antiterror tədbirləri nəticəsində Ermənistanın üzərində qəti qələbə qazanıldı – işğalçı ölkənin havadarları, himayədarları da bu qələbədən "öz payını" aldı.
İllərlə ölkəmizə qarşı ikili standartlardan çıxış edən Qərbin bəzi dövlətləri post-müharibə dövründə də ötən 30 ildə olduğu kimi hətta "vasitəçi" adına belə ləkə gətirən hərəkətlərlə yadda qaldı, təcavüzkara bu və ya digər şəkildə dəstək verdi.
Halbuki, Azərbaycanın yeganə istəyi və tələbi həmin özünü "böyük dövlət" elan etmiş ölkələrin təbliğ etdiyi prinsiplərin bərpa edilməsi idi – rəsmi Bakı artıq tarixə qovuşmuş bu "münaqişə"nin beynəlxalq hüquq çərçivəsində, ədalət müstəvisində həllini istəyirdi.
Uğursuz Qərb liderlərinin məqsədi… Amma 30 il Azərbaycanın gözlədiyi ədalət öz yerini tapmadı – xüsusilə erməni lobbisinin əlində oyuncağa çevrilmiş bəzi dövlət rəhbərləri məsələnin beynəlxalq hüquq prinsiplərinə deyil, erməni lobbisinin arzu və istəklərinə uyğun şəkildə "izah etməyə" çalışırdı.
Hətta bu ölkələr post-müharibə dövründə də qeyri-hüquqi davranışlarından əl çəkmədilər – Azərbaycana qarşı haqsız iddialar irəli sürdülər, Qarabağdakı separatizmin aradan qaldırılmasını həzm edə bilmədilər və separatçılara, cinayətkarlara "azadlıq" belə tələb etdilər.
Bu mənada Azərbaycanın Vətən müharibəsindəki qələbəsi həm də himayədarların məğlubiyyəti idi.
Noyabrın 8-də xalqa müraciətində Prezident İlham Əliyev vurğulayıb ki, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir: "Onu bizə bağışlaya bilmirlər.
Tam oxu
Xəbəri oxu