Acıktım restoranında dönərdən şüşə çıxdı Müşətrinin dilini kəsdi

04.02.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Paytaxtda dönərxanaların birində xoşagəlməz hadisə baş verib. Vətəndaş "Acıktım" restoranında dönərin içindən çıxan şüşənin dilini kəsdiyini bildiriib. 

Milli.Az xəbər verir ki, müştərinin sözlərinə görə, hadisə Nərimanovda yerləşən Acıktım restoranında baş verib. 

Müştəri iddia edir ki, hadisə ilə bağlı restoranı məlumatlandırsa da restoran bundan boyun qaçırıb. 

Məsələ ilə bağlı restorandan bildirildi ki, belə bir halın baş verməsi mümkün deyil:

"Burda şüşə harda ola bilər ki? Hamısı qidalardı, şüşə əlaqəsizdir". 

Sözügedən hadisə yerində AQTA-dan bildirildi ki, məsələ nəzarətə götürülüb. Araşdırma zamanı məlum olub ki, qida obyektində sanitar pozuntu qeydə alınıb. Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülərək inzibati protokol tərtib olunub. 

Asya
Milli.Az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью