Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hazırda "Bənövşəyi xətt" üzərində yerləşən və şərti adı "B4" olan stansiyada işlər sürətlə davam etdirilir.
Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Qeyd edək ki, Cəlil Məmmədquluzadə küçəsində, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yaxınlığında inşa olunan bu stansiyanın bu il sərnişinlərin istifadəsinə verilməsi nəzərdə tutulur. Bu, Bakı metrosu tarixində qısa müddət ərzində reallaşdırılacaq ən böyük genişlənmə layihələrindən biri kimi qiymətləndirilir. "B4" stansiyasının istismara verilməsi ilə şəhərin mərkəzi hissələrində, xüsusilə Tiflis prospekti istiqamətində yerüstü nəqliyyatın yükünün əhəmiyyətli dərəcədə azalacağı gözlənilir.
Stansiya dörd səviyyədən ibarət olmaqla müasir memarlıq üslubunda inşa edilir və ərazidəki strateji obyektlərə, o cümlədən 1 saylı Mərkəzi Klinik Xəstəxanaya birbaşa çıxış imkanı yaradacaq. Layihənin əhəmiyyəti ondan ibarətdir ki, o, "Mobilliyin Transformasiyası Proqramı"nın tərkib hissəsi olaraq paytaxt sakinlərinin mənzil başına daha tez çatmasını təmin edəcək. Metropolitenin gələcək inkişaf planına əsasən, bu xəttin sonradan "Xətai" stansiyası ilə birləşdirilməsi və ümumilikdə 10 stansiyanın tikilməsi şəhərin nəqliyyat ekosistemini tamamilə dəyişəcək.
Kənan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.