futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün Misli Premyer Liqasında II dövrəyə start veriləcək.
Açılış matçında “İmişli” Yevlax şəhər stadionunda “Zirə”ni qəbul edəcək.
Bölgə təmsilçisi 11 turdan sonra 11 xalla 8-ci sıradadır. “Qartallar” isə 19 xalla beşinci pillədə qərarlaşıb.
Komandalar bunadək 4 dəfə üz-üzə gəlib. “Zirə”nin “pələnglər”ə qarşı məğlubiyyəti yoxdur. Görüşlərin 1-i “qartallar”ın qələbəsiylə yekunlaşıb. Üç matçda isə bərabərlik qeydə alınıb.
“İmili” səfəri “Zirə” üçün uğursuz sindroma çevrilib. Rəşad Sadıqovun yetirmələri bu komanda ilə qonaq olduğu matçlarda iki dəfə heç-heçəyə razılaşıb – 0:0, 1:1.
Bugünkü matçın favoriti “Zirə”dir. Qəsəbə klubu heyətinin keyfiyyətinə görə rəqibini üstələyir. Dövrəyə uğurlu start vermək arzusunda olan bakılılar Yevlaxda üç xal həsrətinə son qoymağa çalışacaq.
“İmişli” isə müvəqqəti baş məşqçi Ervins Perkonsun başçılığı altında yaxşı futbolla diqqət çəkir. “Turan Tovuz”a qalib gələn bölgə təmsilçisi “Şamaxı”nı da üstələməyi bacarıb. Komanda ötən turda isə “Sumqayıt”la qolsuz heç-heçə edib. Müdafiədə daha etibarlı çıxış edən “pələnglər”in bu gün əsas silahı sürətli əks-hücumları olacaq.
Matç 14:30-da start götürəcək.
Şahin Cəfərov