Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün böyük futbol bayramı – dünya çempionatı başlayacaq. Milyonlarla futbolsevərin səbirsizliklə gözlədiyi mundialı ölkəmizdə İTV canlı yayınlayacaq. Saat 23.00-da start götürəcək açılış matçında Meksika ilə Cənubi Afrika qarşılaşacaq.
“Football-plus.az” olaraq, bu matçı kimin şərh edəcəyi, efirdə qonağın olub-olmayacağı ilə bağlı suallara cavab tapmaq üçün kanalın idman departamentinin rəhbəri Kənan Hakimovla əlaqə saxladıq:
“Açılış oyununu Tural Dadaşov şərh edəcək. Artıq neçə ildi açılış oyunlarını və açılış mərasimini məhz o işıqlandırır. Açılış mərasimi də canlı yayınlanacaq. Həm bədii, həm də rəsmi hissə tam nümayiş olunacaq. Verilişlərdə də istəyirik ki, azarkeşlərə futbol bayramı yaşadaq. Əlavə qonaq olmayacaq”.
İSRAYIL XEYRULLAYEV