Açılış və final bu stadionlarda olacaq “Avro 2028”

13.11.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Açılış və final bu stadionlarda olacaq - “Avro-2028”

2028-ci ildə 4 ölkədə - İngiltərə, İrlandiya, Şotlandiya və Uelsdə keçiriləcək “Avro-2028”in təqvimi təsdiqlənib.

QOL.az bu barədə UEFA-nın saytına istinadən xəbər verir.

Turnirdə ümumilikdə 51 qarşılaşma keçiriləcək. Matçlar 4 ev sahibi ölkənin 8 şəhərində yerləşən 9 stadionda oynanılacaq. Həmin arenalar National Stadium of Wales (Kardiff), Dublin Arena (Dublin), Hampden Park (Qlazqo), St James Park (Nyukasl), Manchester City Stadium (Mançester), Everton Stadium (Liverpul), Villa Park (    Birmingem), Tottenham Hotspur Stadium (London) və Uembli stadionudur (London). 

Hər stadionda ən azı iki fərqli qrupun oyunları keçiriləcək.

Turnirin açılış matçı 9 iyun 2028-ci ildə Uelsin paytaxtı Kardiffdəki “National Stadium of Wales” arenasında, yarımfinal və final oyunları isə “Uembli” stadionunda təşkil ediləcək.

“Avro-2020”də 24 komanda 6 qrupda mübarizə aparacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью