Açıq Asiya Turniri: Azərbaycanın 6 cüdoçusu medal qazanıb

11.10.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 11 oktyabr, AZƏRTAC

Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Açıq Asiya Turniri start götürüb.

AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə 6 cüdoçumuz medalçılar sırasında yer alıb. Tofiq Məmmədov (-66 kiloqram) və Gültac Məmmədəliyeva (-52 kiloqram) bütün rəqiblərinə qalib gələrək beynəlxalq yarışın qalibi olub. Hüseyn Allahyarov (-60 kiloqram) ilə Ülviyyə Bayramova (-57 kiloqram) gümüş medala yiyələniblər. Elşən Əsədov (-66 kiloqram) və İbrahim Əliyev (-73 kiloqram) millimizin aktivinə bürünc medal yazdırıblar.

Açıq turnirə milli komandamız 25 cüdoçu ilə qatılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью