Açıq danışaq, axı biz də adam öldürmüşük SİMONYAN

11.09.2025

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaxın gələcəkdə ermənilər və azərbaycanlılar bir-biriləri ilə ticarət edəcək.

Modern.az-ın məlumatına görə, bunu Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan deyib.

“Bizim mağazalarda Azərbaycan məhsulları olacaq, Bakı və digər şəhərlərdə isə erməni malları satılacaq”, - o qeyd edib.

Spikerin sözlərinə görə, bu gün mövcud olan düşmənçilik hissləri zamanla aradan qalxacaq:

“Biz qonşuyuq və bu da keçəcək. Ermənilər və azərbaycanlılar Moskvada birgə biznes qurur, dostluq edir, bir-birinin ad gününə gedirlər. Eyni hal digər ölkələrdə də müşahidə olunur.”

Alen Simonyan həmçinin müharibə və onun nəticələrinin hər iki tərəf üçün ağır olduğunu vurğulayıb: “Açıq danışaq, axı biz də adam öldürmüşük, Azərbaycan tərəfindən də insanlar həlak olub. Bu həssaslıq hər iki tərəfdə var.”

O, əsas prioritetin kommunikasiyaların açılması olduğunu xüsusi qeyd edib: “Vacib və təcili olan nə qədər tez mümkün olsa, yolların açılmasıdır.”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью