Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Tanınmış sənətçinin estetik müdaxilələr və müasirlik anlayışı ilə bağlı kəskin fikirləri sosial şəbəkələrdə müzakirələrə yol açıb. O, xarici görünüşdəki süni dəyişikliklərin əslində inkişaf göstəricisi olmadığını, əksinə bəzi çatışmazlıqların təzahürü olduğunu bildirib.
Demokrat.az xəbər verir ki, Əməkdar artist Nuriyyə Hüseynova "Günə uğurla" proqramında qonaq olarkən plastik əməliyyatla bədən quruluşunu tanınmaz hala salanları sərt şəkildə tənqid edib. Müğənni bədən əzalarını hədsiz dərəcədə böyüdənləri və süni görüntüyə qaçanları bir sözlə "görməmiş" adlandırıb. Onun sözlərinə görə, əsl gözəllik insanın daxili aləmi və xarakteri ilə harmoniyadadır.
Nuriyyə Hüseynova müasirliyin geyimdə və ya bədəndə deyil, insanın zəkasında olduğunu bu sözlərlə diqqətə çatdırıb:
"Ən gözəl müasirlik insanın quruluşuna və xarakterinə uyğun geyinməsidir. Hara nə geyinəcəyini bilməlisən. Kaş biz müasirliyi düşüncə, ağılla, fərasətlə, yüksək intellektual səviyyəmizlə göstərək. Müasir inkişaf elm sahəsində olsun, böyük ixtiralar edək. Bu gün ifrat dərəcədə makiyaj, açıq geyinmək, əməliyyat edib cizgiləri ifrat dərəcədə göstərmək müasirlik deyil, əksinə görməmişlik əlamətidir. Hər şey yerində olursa, gözəldir".
Sənətçi həmçinin vurğulayıb ki, insanların zahiri görünüşlərinə ayırdıqları vaxtı və enerjini təhsilə, elmə yönəltmələri cəmiyyətin gələcəyi üçün daha faydalı olar.
Yəni, Əməkdar artist hesab edir ki, bədən üzvlərini süni şəkildə böyütmək və həddindən artıq boyanmaq müasir olmaq demək deyil.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az xəbər verir ki, Əməkdar artist Nuriyyə Hüseynova "Günə uğurla" proqramında qonaq olarkən plastik əməliyyatla bədən quruluşunu tanınmaz hala salanları sərt şəkildə tənqid edib. Müğənni bədən əzalarını hədsiz dərəcədə böyüdənləri və süni görüntüyə qaçanları bir sözlə "görməmiş" adlandırıb. Onun sözlərinə görə, əsl gözəllik insanın daxili aləmi və xarakteri ilə harmoniyadadır.