Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Polisə qarşı qarayaxma kampaniyası təsadüflərdən yaranmır, arxasında duran səbəblər çoxşaxəlidir.
Bu kampaniyaların əsas məqsədi təkcə hüquq-mühafizə orqanlarını gözdən salmaq yox, həm də polisin legitim gücünü, ictimai nizamın dayaqlarını zəiflətməyə yönəlib.
Bu, faktdır və heç kim inkar edə bilməz. İctimai təhlükəsizliyə cavabdeh olan polisə məqsədli informasiya hücumları və reputasiya savaşının
Bu, ictimai rəyi çaşdırmaq və polis orqanlarını “legitim güc yox, qorxu vasitəsi” kimi təqdim etməkdir.
Belə hücumlar, xüsusilə narkotik, vətəndaş-polis, vətəndaşla təmas kimi həssas mövzularda aparılır.
Prosesi o həddə çatdırırlar ki, sosial şəbəkələrdə manipulyasiya və emosional yönləndirmə ilə tək bir hadisənin videokadrı kontekstdən çıxarılaraq təqdim olunur və bu, ümumi sistemə aid edilir.
Reytinq, klik və populizm dalğasında bəziləri polisə qarşı emosional ifadə və jarqonlarla təzyiqləri yarımçıq, yalan məlumatlarla yazılmış paylaşımlarla polisə qarşı aqressiyanı təşviq edirlər.