Açıq qapını fürsət bildilər, pulları apardılar oğrular BELƏ tutuldu!

03.09.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Abşeron və Binəqədi rayonlarında oğurluq hadisələri törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, Abşeron rayonunda iki avtomobildən pul vəsaitlərinin oğurlanması barədə polisə məlumat daxil olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 33 yaşlı N.Teymurov müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı onun avtomobillərin qapılarının açıq olmasından istifadə edərək oğurluq etdiyi müəyyənləşdirilib.

Binəqədi rayonunda isə bir nəfərə məxsus velosipedin oğurlanması ilə bağlı 41 yaşlı R.Niyazov polis əməkdaşları tərəfindən saxlanılıb. Dördpendirli pizza

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью