Açıq satılan ədviyyatlar nə qədər istifadəyə yararlıdır? EKSPERT DANIŞDI

28.08.2026

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Açıq şəkildə satışa çıxarılan bir sıra qida məhsulları mövcuddur ki, onlar sağlamlıq üçün ciddi risklər yarada bilər”.

Bu sözləri SİA-ya açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə, bu məhsulların satıldığı mühit, daşınma və qablaşdırma şəraiti, saxlanma temperaturu, eləcə də “mal qonşuluğu” prinsiplərinə əməl olunub-olunmaması qida təhlükəsizliyinin əsas göstəriciləri hesab olunur: “Qeyd olunan tələblərə riayət edilmədikdə, məhsul ilkin olaraq keyfiyyətli olsa belə, onun təhlükəsizliyindən danışmaq mümkün deyil. Çünki açıq mühitdə satılan qida məhsulları qaçılmaz şəkildə müxtəlif çirkləndirici amillərin təsirinə məruz qalır.

Bu risklər xüsusilə çərəzlər, ədviyyatlar, çəki ilə satılan paxlalı məhsullar və ev şəraitində hazırlanmış turşular üçün daha aktualdır. Hər bir qida məhsulunun özünəməxsus saxlanma temperaturu və gigiyenik tələbləri mövcuddur. Uyğun olmayan qablaşdırma materiallarından istifadə edildikdə və ya məhsullar düzgün temperatur rejimində saxlanılmadıqda, müəyyən qablar zərərli maddələr ifraz edə bilər ki, bu da birbaşa qidanın tərkibinə keçir və insan sağlamlığı üçün təhlükə yaradır.

Yol kənarlarında və açıq küçə şəraitində həyata keçirilən satışlar isə əlavə risk faktorları ilə müşayiət olunur. Bu cür mühitlərdə qida məhsulları avtomobil tüstüsü, ağır metallar, toz və digər ekoloji çirkləndiricilərlə təmasda olur. Belə çirklənmələr xüsusilə immun sistemi zəif olan şəxslərdə, uşaqlarda və yaşlı insanlarda ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Eyni zamanda, bu məhsullar allergik reaksiyaların yaranmasına, həzm sisteminin pozulmasına, mədə-bağırsaq xəstəliklərinə və infeksion risklərin artmasına gətirib çıxarır.

Əksər hallarda istehlakçılar qida qəbulundan sonra yaranan narahatlıqların mənbəyini dərhal müəyyən edə bilmir və açıqda satılan çərəzlərin, ədviyyatların və ya digər məhsulların bu problemlərin səbəbi ola biləcəyini nəzərə almırlar. Xüsusilə yuyulması mümkün olmayan ədviyyatlar daha təhlükəli hesab olunur. Çünki bu məhsullar üzərindəki toz, mikroorqanizmlər və bakteriyalar istilik emalı olmadan birbaşa qida vasitəsilə insan orqanizminə daxil olur.

Bundan əlavə, satıcıların gigiyena qaydalarına əməl etməməsi, məhsullarla birbaşa təmasda qoruyucu vasitələrdən istifadə olunmaması bakterial çirklənmə riskini daha da artırır. Bu səbəbdən istehlakçılara tövsiyə olunur ki, qida məhsullarını yalnız mənşəyi bəlli olan məkanlardan, uyğun qablaşdırmada, üzərində istehsal tarixi, son istifadə müddəti, tərkibi və saxlanma şəraiti göstərilmiş şəkildə əldə etsinlər.

Qida təhlükəsizliyi təkcə məhsulun keyfiyyəti ilə deyil, onun istehsaldan istehlaka qədər keçdiyi bütün mərhələlərdə gigiyenik və sanitar normalara riayət olunması ilə təmin edilir. Bu psixoloji deyil, elmi əsaslara söykənən məsələ olmaqla, həm fərdi sağlamlığın, həm də ictimai təhlükəsizliyin qorunmasında mühüm rol oynayır”.

Müəllif: Günay Hacıyeva

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Sosial

Səhvən başqa karta pul göndərildikdə, itirilən vəsaiti necə qaytarmaq olar? -HÜQUQŞÜNAS DANIŞDI

Sosial

Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edəcək

Sosial

DİN xəbərdarlıq edir TƏHLÜKƏ VAR

Sosial

Bu gün Bakının bəzi ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ

Sosial

Azərbaycanlı dənizçinin meyiti tapıldı

Sosial

Azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub - TƏCİLİ

Sosial

Bakının 5 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sosial

Gürcüstan nümayəndə heyəti ilə dini sahədə əməkdaşlıq müzakirə olunub

Sosial

Mənzil qiymətləri artacaq? - EKSPERT AÇIQLADI

Sosial

İdman sağlamlığa aparan yolun başlanğıcıdır - FOTO

Sosial

“Universitetə qəbul ola bilməmək həyatın sonu deyil” - SOSİOLOQ

Sosial

Dəmir yoluna neçə metr yaxınlıqda yaşayış binası tikilə bilər? – Ekspertdən açıqlama

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью