Açıq şəkildə bildirmişəm ki... Kunya gedəcəyini gizlətmədi

01.04.2025

Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Vulverhempton"un hücumçusu Mateus Kunya mövsümün sonunda klubunu dəyişməyə hazırlaşdığını bildirib.

Fanat.Az-ın məlumatına görə, onun sözlərini "The Guardian" belə çatdırıb:

"Qışda çox sayda təklif olsa da, getmədim. Klubu mövsümün ortasında çətin vəziyyətdə qoya bilməzdim. Düşmə zonasında olan komandamdan ayrılsaydım, özümü yaxşı hiss etməzdim. İndi hədəfimizə çatmağa yaxınıq. Amma rəhbərliyə aydın şəkildə bildirmişəm ki, növbəti addımımı atmalıyam. Titullar uğrunda mübarizə aparmaq, böyük hədəflərə köklənmək istəyirəm. Mənim potensialım var".

Qeyd edək ki, 29 oyuna 26 xal toplayan "Vulverhempton" İngiltərə Premyer Liqasının turnir cədvəlində 17-ci yerdə mövqe tutub.

Nihat

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью