Açıqlamasına görə azarkeşlərdən üzr istədi

13.08.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Açıqlamasına görə azarkeşlərdən üzr istədi

"Mançester Yunayted"ə keçən Yuri Tielemas "Aston Villa" ilə bağlı açıqlamasına görə klubun azarkeşlərindən üzr istəyib.

QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi "Mançester Yunayted"ə transferini şərh edərkən "Aston Villa"dan daha böyük klubların olduğunu və yeni komandasının onlardan biri olduğunu deyib.

Bu açıqlama "Aston Villa" azarkeşlərinin narazılığına səbəb olub. Tielemas daha sonra sosial şəbəkə hesabında üzr istəyib:

"Dünən mətbuata verdiyim açıqlama verərkən kimisə və ya böyük hörmət bəslədiyim, son üç ildə minnətdar olduğum "Aston Villa" klubunu incitməsini heç vaxt istəməmişəm. Bununla yanaşı, səhv etdiyimi qəbul edirəm və seçdiyim sözlərə görə üzr istəyirəm. Gələcəkdə daha diqqətli olacağam. Kluba bundan sonrakı fəaliyyətində uğurlar arzulayıram".

Qeyd edək ki, Tielemas 2023-cü ildə "Lester"dən "Aston Villa"ya keçib. O, klubun heyətində 134 oyuna çıxıb, 10 qol vurub və 25 məhsuldar ötürmə edib. Bu yay futbolçu 35 milyon funt sterlinq qarşılığında "Mançester Yunayted"ə transfer olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью