Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq. Ramazan ayında oruc tutanlar yeyib-içdiklərinə mütləq diqqət etməlidirlər.
Sağlamolun.az sizə iftar və imsakda nə yeməli olduğunuzu təqdim edir: Süd: Bir stəkan iftardan bir neçə saat sonra, bir stəkan isə imsakda içilməlidir.
Süd əsas kalsium və D vitamini qaynağı olduğu üçün aclıq hissini dəf edir.
Yumurta: Mütəxəssislər yumurtanın ən keyfiyyətli protein mənbəyi olduğunu deyir. Doyumluq hissi verdiyi üçün süfrədə olması məsləhətdir.
Darçın: Yeməksonrası bir çimdik darçın insulinin səviyyəsini salır, aclıq hissini öldürür.
Ramazanda qan şəkərinin tənzimləmək istəyənlər günə bir çay qaşığı darçın yeməlidirlər. Darçını südə qarışdırıb içmək də olar.
Kefir: Həzmi asanlaşdıran içkidir. Yoqurtdan daha faydalı olaraq bağırsaqda həzmə kömək edən bakteriyaların sayını artırır, pis xassəli bakt
Yaşıl çay: Bədəndə olan yağların azalmasına kömək edir. Ürəyə xeyirlidir.