Acqarına soyuq su içmək zərərlidir? Terapevt AÇIQLADI

09.06.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Səhər acqarına soyuq su içmək həzm sisteminə mənfi təsir göstərə bilər.

Redaktor.az xəbər verir ki, bu haqda həkim-terapevt Anna Furqal xəbərdarlıq edib.

Onun sözlərinə görə, xüsusilə buzlu su oyandıqdan sonra hələ tam fəaliyyətə başlamamış mədədə spazm yarada bilər. Həkim qeyd edib ki, orqanizm mayeni isitmək üçün əlavə enerji sərf etməli olur ki, bu da həzm prosesinin pozulmasına səbəb ola bilər.

Mütəxəssis səhər saatlarında çox soyuq su əvəzinə ilıq və ya otaq temperaturunda suya üstünlük verilməsini tövsiyə edib. Bu, həzm sisteminin daha rahat işləməsinə kömək edir.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью