Acun bu məşqçini qovdu | Icma.az
Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq. Acun Ilıcalının sahibi olduğu çempionşip təmsilçisi ''Hall Siti''də bu mövsüm işlər q
Komanda ötən mövsümü Layam Rosenyorun başçılığı altında 7-ci pillədə bitirmiş və şanssız şəkildə pley-off zonasından, yəni ilk ''6-lıq''dan
Acun sürpriz şəkildə yayda Rosenyorla yollarını ayıraraq Tim Valter ilə üçillik müqavilə imzalamışdı.
Məşqçinin qarşısına komandanı pley-offa daşımaq hədəfi qoyulmuşdu. Amma ''Hall Siti'' bu hədəfdən çox uzaq düşüb.
''Pələnglər'' ən son evdə ''Şeffild Uensdey''ə 0:2 hesabı ilə uduzdular.
Məğlubiyyət seriyası 4 oyuna, qələbəsiz seriyası 9 oyuna yüksələn komanda turnir cədvəlində 22-ci pilləyə geriləyib.
Bu məğlubiyyət Valterə baha başa gəlib. Belə ki, dünən klub almaniyalı mütəxəssislə yollarını ayırıb.
''Hall Siti'' bu məşqçi ilə çempionşipdə 17 oyunun cəmi 3-də qalib gələ bildi (6 heç-heçə, 8 məğlubiyyət).
Tam oxu
Xəbəri oxu