Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.
Türkiyəli prodüser və aparıcı Acun Ilıcalı sosial media hesabında “Survivor 2026 Celebrities & All-Star” mövsümünə qatılacaq yeni iştirakçını açıqlayıb.
Missiya.Az xəbər verir ki, daha əvvəl Bayhan, Keremcem və Dilan Çıtakın adı açıqlanmışdı. İndi isə yarışa əfsanəvi futbolçu Mert Nobre də qatılacaq.
Nobre bir vaxtlar Fənərbaxça, Beşiktaş, Mersin İdman Yurdu, Kayserispor, BB Erzurumspor və Gençlerbirliyi kimi komandaların formasını geyinib və Türkiyədə çempionluq qazanıb.
Acun Ilıcalı paylaşımında qeyd edib:
"Əfsanəvi futbolçu Mert Nobre Survivor 2026 Celebrities & All-Star heyətinə qatıldı, ona ürəkdən uğurlar arzulayıram..."
Seyranə Quliyeva
Missiya.Az