Acun Ilıcalı baş məşqçini qovub

28.11.2024

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyəli iş adamı Acun Ilıcalının sahibi olduğu "Hall Siti" baş məşqçisi Tim Valterlə yollarını ayırıb. Sport24.az  klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "pələnglər"ə müvəqqəti olaraq Endi Douson rəhbərlik edəcək.

Qeyd edək ki, 48 yaşlı mütəxəssis bu posta mayda təyin olunmuşdu. "Hall Siti" hazırda Çempionşipdə 15 xalla 22-ci pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью