Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
TV 8 və İngiltərənin "Hull City" futbol klubunun sahibi, 57 yaşlı Acun Ilıcalı gənc görünüşünün sirrindən danışıb.
Milli.Az xəbər verir ki, aparıcı özü barədə danışarkən sağlam həyat tərzinə üstünlük verdiyini bildirib. O, spirtli içki qəbul etmədiyini və siqaretdən istifadə etmədiyini deyib.
Acun siqaret və alkoqolun xüsusilə üz dərisinə mənfi təsir göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, az miqdarda içkinin zərərli olmaması mümkün olsa da, çox istifadə orqanizmi ciddi şəkildə yorur.
"Men içki içmirəm. Siqaret istifadə etmirəm. Üz dərisinə çox ziyandır. Az içki bəlkə də ziyan olmaz, çox içdikdə mənə görə ciddi şəkildə vücudu yorur. Beləcə, bu yaşımızda belə görünürük", - deyə Ilıcalı bildirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)