Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır. “Hall Siti” baş məşqçi Tim Valteri istefaya göndərib.
Axar.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Alman mütəxəssis İngiltərə klubunda 2024-cü ilin mayından işləyirdi.
Çempionatda 17 oyundan sonra “Hall Siti” 15 xalla 22-ci pillədə qərarlaşıb.
Noyabrın 26-da “Hall Siti” “Şeffild Uensdey”ə 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, “Hall Siti”nin sahibi türkiyəli televiziya maqnatı Acun İlıcalıdır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.