Apasport saytına istinadən Icma.az xəbər verir.
"Bizim üçün çox üzücü axşam oldu. Burda itirilən iki xal ağır itkidir".
Apasport.az xəbər verir ki, bu sözləri "Fənərbaxça"nın vitse-prezidenti Acun İlıcalı deyib.
Klub rəsmisi "Kayserispor"la matçdan (3:3) sonra jurnalistlərə açıqlama verib:
Rəhbərlik olaraq bütün məsuliyyəti öz üzərimizə götürürük. Təbii ki, ortada günahkar varsa, biz də buna daxilik. Bu xal itkisinə görə bütün azarkeşlərimizdən üzr istəyirik. Fanatlarımız bilsin ki, biz də gecə-gündüz "Fənərbaxça"nın uğurları üçün çalışırıq. Əlimizdən gələni etdik. Bəzən olmayanda olmur. Futbolun bir tərəfi də budur".
Qeyd edək ki, "Fənərbaxça" Türkiyə Super Liqasında "Qalatasaray"dan 5 xal geridədir.
Günün matçları bu kanallarda Rəşad Sadıqovun sabiq klubu yenidən Super Liqada İmmobile İtaliyaya qayıda bilər Millinin üzvü faciəvi şəkildə həlak olub “Qalatasaray”dan növbəti qələbə - FƏRQ YENİDƏN 6 XALA YÜKSƏLDİ