Acun Ilıcalının həyat yoldaşı dava saldı (Video)

23.07.2026

Icma.az bildirir, Milli.az portalına istinadən.

Türkiyəli televiziya prodüseri və iş adamı Acun Ilıcalı həyat yoldaşı Çağla Ilıcalı ilə birlikdə Dünya Kubokunun final oyununu stadiondan izləyərkən diqqətçəkən hadisə baş verib.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə tribunada mübahisə yarandığı, Çağla Ilıcalının emosional reaksiya verdiyi görünür. Kadrlarda Acun Ilıcalının həyat yoldaşını sakitləşdirməyə çalışdığı da əks olunub.

Hadisənin dəqiq səbəbi açıqlanmasa da, görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər arasında müzakirələrə səbəb olub.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью