Acun Ilıcalının komandası Premyer Liqada hamını geridə qoydu

06.09.2026

Icma.az, Qol.az saytına istinadən bildirir.

Acun Ilıcalının komandası Premyer Liqada hamını geridə qoydu

“Hall Siti” İngiltərə Premyer Liqasında qol buraxmayan yeganə komanda olub.

QOL.az xəbər verir ki, “Hall Siti” İngiltərə Premyer Liqasının 3-cü turunda “Aston Villa” ilə qolsuz heç-heçə edib - 0:0. Bu nəticədən sonra Acun Ilıcalının klubu cari mövsümdə çempionatda hələ də qol buraxmayan yeganə komanda olaraq qalır. Bu gün keçirilən “Arsenal” - “Çelsi” matçında meydan sahiblərinin qapısına qol vurulduqdan sonra bu göstəricidə “Hall Siti” tək qalıb.

“Hall Siti” mövsümə “Mançester Yunayted” (2:0) və “Koventri Siti” (1:0) üzərində qələbələrlə başlayıb. Komanda növbəti turda, sentyabrın 12-də səfərdə “Çelsi” ilə qarşılaşacaq.

Qeyd edək ki, “Hall Siti” 7 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью