Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Türkiyə Süper Liqası təmsilçisi “Kasımpaşa” ilə İngiltərə Premyer Liqasının yeni iştirakçısı “Hall Siti” yoxlama görüşündə üz-üzə gəlib.
Futbolpress.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan adına stadionda baş tutan yoldaşlıq matçı 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Tərəflər qolları fasilədən sonra vurublar. Matçın 47-ci dəqiqəsində Güven Yalçının ötürməsindən sonra Ben Uanes istanbulluları önə keçirib, lakin cəmi 4 dəqiqə sonra Abdülkadir Ömürün ötürməsindən sonra şotlandiyalı hücumçu Oliver Makberni tarazlığı bərpa edib.
“Hall Siti”nin türkiyəli sahibi Acun Ilıcalı qarşılaşmanı tribunadan “Kasımpaşa”nın prezidenti Davut Dişli və Rumıniya milli komandasının baş məşqçisi Georqe Haci ilə birgə izləyib.